25 İyul, 2014
Azərbaycandan UEFA reytinqində REKORD

UEFA-nın əmsallar cədvəli açıqlanıb. Apasport.az-a xəbər verir ki, avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarından sonra siyahıda müəyyən dəyişikliklər olub.

Bu dəyişikliklər Azərbaycanın tarixinin rekordunu təkrarlaması ilə nəticələnib. Belə ki, ölkəmiz son 5 mövsümün nəticələrinə əsasən, toplanan əmsalını 10,375-ə çatdırıb. Bu isə futbol tariximizdə ən yüksək göstəricinin – ötən mövsümün sonundakı nəticənin təkrarıdır.

Qazanılacaq növbəti heç-heçə belə yeni rekordla nəticələnəcək. İndiki göstəricinin bu həddə çatmasında isə “Neftçi”nin qələbəsi rol oynadı. Sloveniyada “Koper”i 2:0 hesabı ilə yenən “ağ-qaralar”ın qazandıdığı 0,250 xal rekorda səbəb oldu.

Cari mövsüm toplanan 1,500 xalın 0,750-sini isə “İnter” əldə edib. Öz meydanında “Elfsborq”a 0:1 hesabı ilə yenilən bakılılar bu rəqəmi artıra bilməyiblər. “Qarabağ” isə aktivimizə 0,500 xal gətirib.

Lakin rekordun təkrarlanması ümumi sıralamadakı mövqeyə təsir etməyib. Azərbaycan hələ də 30-cu sıradadır. 29-cu olan Macarıstanla xal fərqi 0,250-də qalıb. Ən yaxın izləyicimiz – 31-ci olan Slovakiya ilə fərq də eynidir. “Slovan”ın Uelsdə TNS-ə 2 cavabsız qol vurması fərqin qorunması ilə nəticələnib. Ən yaxın izləyicimiz Slovakiya ilə xal fərqi də eynidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!