25 İyul, 2014
Türk məmurları erməni iftarında – FOTOLAR

Ermənilər türk məmurları üçün iftar süfrəsi açdılar.

Simsar.az xəbər verir ki, Türkiyənin Batman vilayətindəki Sason şəhərinin bələdiyyə sədri Yılmaz Arslan dünən yerli ermənilərin verdikləri iftara qatılıb.

İftarda bələdiyyə sədri ilə yanaşı, şəhər bələdiyyəsinin idarə rəhbərləri və digər məmurlar da olub.

Y.Arslan ermənilərin iftar süfrəsi açmalarından çox razı qalıb. Bələdiyyənin Twitter-dəki profilində Y.Arslan yazıb: "Erməni vətəndaşlarımızın verdikləri iftar yeməyinə qatıldıq. Birliyimiz daimi olsun!"

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!