25 İyul, 2014
Girov düşən həmyerlilərimizlə bağlı daha bir – BƏYANAT

Avropa azərbaycanlıları girov düşən həmvtənlilərimizlə bağlı bəyanat yaydı

Avropa Azərbaycanlıları Konqresi (AAK) və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) Ermənistan silahlı qüvvələrinin Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcər rayonu ərazisində girov götürməsi ilə bağlı Avropanın ictimai, siyasi və humanitar təşkilatlarına müraciət ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, müraciətdə öz doğma torpağında erməni işğalçıları tərəfindən girov götürülmüş Dilqəm Əhmədovun və Şahbaz Quliyevin vəziyyətinin ağır olduğu bildirilir, beynəlxalq qurumlar həmvətənlərimizin taleyinə biganə qalmamağa çağırılır, erməni işğalçılarının işgəncələrinə son qoyulması tələb edilir. Həmçinin Kəlbəcərdəki hadisələrlə yanaşı, Dağlıq Qarabağ və yeddi ətraf rayonun ermənilər tərəfindən işğal edilməsi, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi barədə məlumat verilir.

AAK və AAKM ən bəsit insan hüquqlarının – Vətəndə yaşamaq hüququnun pozulmasının yolverilməzliyini vurğulayır və bu hüququn bərqərar olunmasını tələb edir.

Müraciətin mətni Avropa Parlamentinə, Almaniya Bundestaqına, həmçinin “Human Rigths”, “Amnesty İnternational” , “Qırmızı Xaç” kimi beynəlxalq qurumlara təqdim olunub.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!