25 İyul, 2014
Fransadan Qəzzaya 11 milyonluq yardım

Fransa Qəzza bölgəsinə 11 milyon avroluq humanitar yardım göstərməyi qərara alıb. Bunu ölkə Prezidenti Fransua Olland iyulun 24-də Yelisey sarayında qeyri-hökumət təşkilatları ilə keçirdiyi görüşdə deyib.

Dövlət başçısı yardımın 8 milyonunun Fələstin Muxtariyyətinə, 3 milyonunun isə BMT-yə və qeyri-hökumət təşkilatlarına ayrıldığını bildirib.

Fransa Prezidenti Qəzza bölgəsinə ayrılan vəsaitin dağıdılmış evlərin və sıradan çıxmış kommunikasiya xətlərinin bərpasına, habelə əhalinin sosial şəraitinin yaxşılaşmasına sərf olunacağını qeyd edib.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!