25 İyul, 2014
Kerri ilə terrorist kimi davrandılar

ABŞ mediası bu hadisəni, “qeyri-adi” və “təhqiredici” olaraq dəyərləndirib

ABŞ Xairici İşlər Naziri Con Kerri, İsrail və Həmas arasında atəşkəs elan edilməsi üçün bölgədə görüşlər keçirməyə davam edir. Nazir Misirdə olarkən, prezident sarayı girişində, təhlükəsizlik işçiləri tərəfindən, qeyri-adi bir yoxlamaya məruz qalıb.

Üzərləri didik-didik axtarıldı

Misir prezidenti Sisi ilə görüşmək üçün saraya gedən Kerri və yanındakı nümayəndələrinin, metal dedektorlarıyla üzərləri axtarılıb. ABŞ mediası bu hadisəni, “qeyri-adi” və “təhqiredici” olaraq dəyərləndirib.

Türkiyə atəşkəs üçün kömək edə bilər

Digər yandan Həmasın Misirin atəşkəs təklifini rədd etməsinin ardından Kerri, qətərli və türkiyəli məsləkdaşları ilə də telefon əlaqəsi qurub. Kerrinin, Həması yola gətirmək üçün, Qətər və Türkiyənin Həmas üzərindəki təsirlərindən isitifadə edəcəklərindən ümidli olduğu bildirilir.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!