25 İyul, 2014
“Neft daşları”nda yeni quyu qazılır

“Neft daşları” yatağındakı 418a nömrəli platformadan 2632 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Simsar.az xəbər verir ki, “Neft daşları” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən, Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi, 1100 metrdir.

Hesablamalara görə, quyudan sutkada 10 ton neft hasil olunacağı gözlənilir.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!