25 İyul, 2014
Fələstinlilərə çılpaq sorğu

İsrail ordusu Qəzza Zolağında tutduqları fələstinli kişilərin şəkillərini yayımlayıb.

Əyinlərində alt paltarıyla, əlləri başlarında şəkilləri çəkilən fələstinlilərə İsrail hərbiçiləri “Qatil və terrorçular” deyə müraciət edirlər.

İsrail ordu nümayəndəsi dünən, Qəzzada terrorçuluqda şübhəli bilinən 150 nəfərin həbs olunduğunu və təxminən yarsının azad edildiyini bildirib. Onun sözlərinə görə, qalan əsirlərin sorğusu davam edir.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!