25 İyul, 2014
Tələbani getdi, uşaqlıq dostu gəldi – İRAQDA

İŞİD-in Mosulu alması ilə, İraqda 3 parçalı bir hakimiyyət ortaya çıxmışdı və Kürd bölgəsinə müstəqillik verilməsi məsələləri müzakirə edilərkən, İraqda prezidentliyə namizədlər arasından bir kürd prezident seçildi.

Səhhəti ilə bağlı aktiv siyasətdən çəkilən Cəlal Tələbaninin işarə etdiyi uşaqlıq dostu Federal Kürd Bölgəsinin ilk prezidenti Fuad Məsum, İraqın yeni prezidenti oldu.

Bağdadla kürd hakimiyyəti arasında kriz, bölgədə müstəqillik referendumu keçrilməsi məsələsi ilə zirvəyə çıxmışdı. İraq baş naziri Əl-Maliki və Kürd Bölgə Baş naziri Bərzani arasında söz dueli, daha sonra öz yerini uzlaşma axtarışlarına buraxmışdı. Tələbaninin vəzifə müddətinin bitməsiylə də, dünən İraq parlamentində yeni prezident seçildi. Məsum parlamentdə keçrilən səsvermədə 211 səslə qalib olub.

İraqda yazılmayan qanuna görə, prezidentlik Kürdlərə, Parlament Rəhbərliyi Sünnilərə, Baş nazirlik isə şiə Ərəblərə verilir.

Fuad Məum kimdir?

Fuad Məsum 1938-də Koyedə doğulub.  Misirdə yüksək dini təhsil alıb. 1964-də Kürdüstan Demokrat Partiyasına qoşulub. Əl-Əzhər Universitetində dərs deyib. O partiyasının əsgəri əməliyyatlarından da məsul şəxs olub. 1975-də Kürdüstan Yurdsevərlər Birliyinin qurucu nümayəndəsi olub. 1992-də Federal Kürd bölgəsinin ilk prezidenti olub. 2004-də İraq parlamentinin ilk rəhbəri seçilib. Evlidir, 5 qızı var.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!