25 İyul, 2014
“İnter” uduzdu, “Neftçi” növbəti mərhələdə

Ötən gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub

Simsar.az xəbər verir ki, oyun günündə Azərbaycan təmsilçiləri “İnter” və “Neftçi” də meydana çıxıblar. İlk olaraq “bankirlər” mübarizəyə qoşulublar. Səfərdə minimal hesablı qələbə qazanan Kaxaber Tsxadadzenin yetirmələri doğma meydanda “Elfsborq” qarşısında  üstünlüyü qoruya bilməyiblər. Nəticədə, matçın taleyi penaltilər seriyasında həll olunub. Burada isə daha dəqiq olan Skandinaviya təmsilçisi adını növbəti mərhələyə yazdırıb.

“Neftçi” isə Sloveniyada “Koper”lə üz-üzə gəlib. Səfərə məğlub yollanan Böyükağa Hacıyevin komandası 2:0 hesablı qələbə ilə 3-cü təsnifat mərhələsinə yüksəlib. Paytaxt təmsilçisinin növbəti rəqibi “Bursaspor”u penaltilər seriyasında üstələyən “Çixura” olub.

 

“İnter” (Azərbaycan) – “Elfsborq” (İsveç) 0:1

PENALTİLƏR: 3-4

QOL: Hauqer, 45+2.

QIRMIZI VƏRƏQƏ: Laşa Salukvadze, 3.

 

“Koper” (Sloveniya) – “Neftçi” (Azərbaycan) 0:2

QOLLAR: Mirhüseyn Seyidov, 21; Karlos Kardoso, 84.

 

Qeyd edək ki, növbəti mərhələnin ilk oyunları iyulun 31-də, cavab görüşləri isə avqustun 7-də keçiriləcək.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!