24 İyul, 2014
Ermənilər Bakıya gəlir

Girovlarla bağlı məsələnin gündəmdə olduğu bir vaxtda, Ermənistan gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirakla bağlı qərarını dəyişib.

ANS TV-nin Gənclər və İdman Nazirliyinə istinadən verdiyi məlumata görə, Ermənistanı təmsil edəcək idmançılar Bakıya gələcək.

Azərbaycan höküməti Ermənistan nümayəndə heyətinin oyunlar zamanı təhlükəsizliyinə tam təminat verib.

Xatırladaq ki, iki il əvvəl Ermənistanın Olimpiya Komitəsi nüfuzlu yarışın Bakıda təşkilinə dair səsvermədə iştirakdan imtina etmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!