24 İyul, 2014
Yatsenyuk istefa verdi

Ukraynanın Baş naziri Arseni Yatsenyuk Ali Rada tribunasından Nazirlər Kabinetindən istefa verdiyini bəyan edib.

Simsar.az-ın məlumatına görə, “Koalisiyanın dağılması və hökumət təşəbbüslərinin bloklanması səbəbindən mən istefa verməyi qərara aldım”, - deyə Yatsenyuk bildirib.

"Hökumətdə koalisiyanın dağılması halında hərəkətlərin təsirlərində iki variant var: birinci – Radada yeni koalisiyanı formalaşdırmaq. Mən açıq bildirirəm ki, regionlarla və kommunistlərlə koalisiyanı formalaşdırmaqdan mən imtina edirəm. İkinci variant, nə vaxt ki, koalisiya dağılır – baş nazir və hökumətin üzvləri istefa verirlər. Mən istefamı bildirirəm", - deyə Ali Radada çıxışı zamanı Yatsenyuk bildirib.

Daha əvvəl spiker Aleksandr Turçinov rəsmən "Avropa seçimi" deputat fraksiyalarının koalisiyasının mövcudluğunun dayandırılmasını elan edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!