24 İyul, 2014
Bakı-Şamaxı yolunda qәza: 1 ölü, 2 yaralı

Bir qәdәr әvvәl Bakı-Şamaxı yolunun Abeşron rayonu әrazisindәn keçәn hissәsindә ağır yol qәzası baş verib.

Simsar.az-ın APA-ya istinadən mәlumatına görә, "Hyundai" markalı avtobusla "Mercedes" vә "VAZ-2106" markalı minik avtomobillәri toqquşub.

Qәza nәticәsindә 1 nәfәr ölüb, 2 nәfәr xәsarәt alıb.

Hazırda Baş Dövlәt Yol Polisi İdarәsinin istintaq vә tәhqiqat şöbәsinin әmәkdaşları hadisә yerindә araşdırma aparırlar.

Ölәn vә xәsarәt alan şәxslәrin adları dәqiqlәşdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!