24 İyul, 2014
“Neftçi”nin mətbuat konfransında BİABIRÇILIQ - FOTO

Avropa Liqasının “Koper”ə qarşı bu gün oynanılacaq matçı ilə əlaqədar “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin dünən Sloveniyada keçirilən mətbuat konfransında ilginc hadisə yaşanıb.

Simsar.az-ın xəbərinə görə, B.Hacıyevin mətbuat konfransında Sloveniyadan bir jurnalist belə iştirak  etməyib.

Ümumiyyətlə, bu şəkildən də göründüyü kimi, mətbuat konfransının keçirildiyi zalda cəmi üç nəfər olub. Bunlar B.Hacıyev, “Neftçi”in mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə və klubun mətbuat xidmətinin sabiq rəhbəri Elnur Əşrəfoğludur.

Güman etmək olar ki, tədbirdə dəvət edilən jurnalist olmadığı üçün mətbuat konfransı ümumiyyətlə, baş tutmayıb və B.Hacıyev görüşlə bağlı fikirlərini yalnız klubun rəsmi saytı vasitəsi ilə Azərbaycanın futbol ictimaiyyətinə çatdırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!