24 İyul, 2014
İsrail BMT-ni vurdu

İsrail, Beyt Hanun bölgəsində yerləşən və fələstinlilərin sığındığı BMT-nin məktəbini vurub. Raket zərbəsi nəticəsində 15 nəfər ölüb, ən az 200 nəfər isə yaralanıb.

Simsar.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin açıqlamalarına görə, yaralılar beyt Hanunun çevrəsndəki xəstəxanaya çatdırılıblar. Beyt Hanun xəstəxanasının müdiri Ayman Hamdan, hadisəni qətliam adlandırıb: “Belə bir qətliam üçün birdən çox xəstəxanaya ehtiyacımız var”.

Qeyd edək ki, əməliyyatların 17-ci günündə, BMT-nin toplam 83 məktəbinə sığınan Fələstinli sayı, BMT Qaçqınlara Yardım Quruluşu tərəfindən 141 min 338 olaraq açıqlanıb.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!