24 İyul, 2014
Şampundan narkotik çıxdı

3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Simsar.az xəbər verir ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Elnur Mətləb oğlu Abıyevə xalası oğlu Cəbrayıl Gündüz oğlu Rəcəbovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı "Head and Shoulders" şampun qabının içərisində 4 (dörd) ədəd sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 3.99 qram olan narkotik vasitə - marixuana, xalis çəkisi 2.490 qram olan narkotik vasitə - tiryək, xalis çəkisi 0.52 qram olan narkotik vasitə - həşiş qatranı və xalis çəkisi 0.573 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!