24 İyul, 2014
4 milyon qadın sünnət olacaq – İŞİD-dən ŞOK FƏTVA

BMT, İŞİD-in Mosul və çevrəsindəki qadınların sünnət olmasını istəyən, bir fətva verdiyini açıqlayıb.

Simsar.az xəbər verir ki, BMT-nin İraqdakı insani yardım koordinatoru Jacquelina Badcock, Cenevrəyə, Ərbildən videogörüntü ilə canlı bağlanaraq, İŞİD-lə bağlı bu dəhşətli açıqlamanı verib.

Badcock: “Bu, İraq üçün çox yeni hadisədir. Özəlliklə bu bölgədə. Çox narahatedici bir məsələdir və bu məsələ ilə ciddi məşğul olunmalıdır”.

İraqlılar bunu istəmir

Koordinator bildirib ki, bu məcburi həyata keçriləcək.

Badcock: “Bu, terroristlərlə dolu bölgələrdəki İraqlıların və ya İraqlı qadınların istəyi ilə olan bir şey deyil”.

Qeyd edək ki, məsələylə bağlı İŞİD-dən açıqlama gəlməyib.

Vüsal Qarayev

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!