24 İyul, 2014
Səhiyyə Nazirliyindən özəl klinikaların bağlanmasına - MÜNASİBƏT

Səhiyyə Nazirliyi Bakıda özəl klinika olan “Lanset” cərrahlıq klinikasının bağlanması məsələsinə rəsmi münasibət bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında bildirib ki, özəl klinikanın lisenziyası bitdiyi üçün onun fəaliyyəti dayandırılıb.

A.Qədirli qeyd edib ki, klinikanın fəaliyyətini davam etdirməsi üçün yenidən Səhiyyə Nazirliyinə müraciət edilib və hazırda sənədləşmə gedir: “Təkrar lisenziya almaq üçün müəyyən prossedurlar həyata keçirilməlidir. Bu müddətdə klinikaya baxış keçiriləcək, məsələyə müvafiq komissiyada baxılacaq. Bu proseslər təxminən 2 həftəyə qədər davam edir. Klinikanın fəaliyyətində hansısa qüsurlar olarsa, lisenziyanın verilməsi uzana bilər. Çünki onlara qüsurların aradan qaldırılması üçün əlavə vaxt verilir. Qüsurların aradan qaldırılması artıq klinikadan asılıdır. Həmin qüsurlar 1 ilə də, 2 günə də götürə bilər. Klinikanın bu vaxta kimi olan fəaliyyətindən asılı olaraq yenidən lisenziyanın verilməsi məsələsinə baxılandan sonra müvafiq qərar veriləcək”.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!