24 İyul, 2014
Suarez “El Klassiko”da oynaya biləcək?

Bu gün futbol üzrə İspaniya “La Liqa”sının püşkü atılıb

Simsar.az xəbər verir ki, püşkün nəticələrinə əsasən, ilk turda aşağıdakı oyunlar baş tutacaq:

 

"Sevilya" - "Valensiya"

"Barselona" - "Elçe"

"Rayo Valyekano" - "Atletiko" (Madrid)

"Eybar" - "Real Sosyedad"

"Real" (Madrid) - "Kordoba"

"Selta Viqo" - "Qetafe"

"Levante" - "Vilyareal"

"Malaqa" - "Atletik" (Bilbao)

"Almeríya" - "Espanyol"

"Qranada" - "Deportivo"

İlk turdan əlavə, bütün dünyanın maraqla gözlədiyi “El Klassiko”ların da vaxtı bilinib. Belə ki, “Barselona” və Madrid “Real”ı arasında ilk oyun 25-26 oktybar tarixlərində Kataloniyada, cavab görüşü isə 21-22 mart (2015) tarixində baş tutacaq.

FİFA tərəfindən 4 aylıq cəzalandırılan Luis Suarezin isə ilk “El Klassiko” oyununda meydana çıxıb-çıxmayacağı bilinmir. Futbolçunun cəzası 25 oktyabr tarixində bitir. Bu isə o deməkdir ki, oyun həmin gün  olsa, uruqvaylı futbolçu meydandan kənar qalacaq. Qarşılaşma 26 oktyabr tarixində gerçəkləşsə, hücumçu komandasına kömək edə biləcək.

Qeyd edək ki, “La Liqa”nın 2014/15 mövsümü avqustun 23-də start götürəcək.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!