24 İyul, 2014
Ermənilərin öldürdüyü girovun qardaşı: "Qaranlıq məsələlər var"

Erməni tərəfindən Kəlbəcərdə öldürülən Həsən Həsənovun meyitinin fotosu ailə üzvləri tərəfindən tanınıb. Bu barədə APA-ya Həsən Həsənovun qardaşı Nail Həsənov məlumat verib.

O qeyd edib ki, qardaşının cəsədinin fotosuna iki-üç gün bundan qabaq Beynəlxalq  Qızıl Xaç Komitəsində (BQXK) baxıblar:” Fotoya baxanda qardaşımın meyiti olduğu aydınlaşdı. Lakin orda bəzi qaranlıq məsələlər var və həmin məsələlər meyit Azərbaycana təhvil veriləndən sonra keçiriləcək ekspertizadan sonra dəqiq məlum olacaq ”.

Qeyd edək ki, Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan silahlı qüvvələri tərəfindən saxlanılıb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!