24 İyul, 2014
Rauf Mirqədirovun lehinə qərar verildi

Həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə bu gün keçirilən məhkəmə prosesində onun müraciəti təmin edilib.

Simsar.az xəbər verir ki, jurnalistin vəkil Fuad Ağayevin ans press-ə verdiyi məlumata görə, məhkəmədə Nəsimi Rayon Məhkəməsi tərəfindən (hakim Babək Pənahov) yol verilmiş pozuntunun aradan qaldırılması və protokolda qeyd olunanların dəqiqləşdirilməsi üçün iş Nəsimi Rayon Məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, Rauf Mirqədirovun vəkili Nəsimi Rayon Məhkəməsinin onların yazılı qeydini nəzərə almadığına görə, işin Apelyasiya Məhkəməsindən geri qaytarılması üçün müraciət etmişdi.

Bu ilin aprel ayında Türkiyədən deportasiya edilən jurnalist Rauf Mirqədirov həbs olunmuşdu. O, dövlətə xəyanətdə ittiham olunur.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!