24 İyul, 2014
QMİ Qəzzaya görə toplanır

Sabah Qafqaz Müsəlmanları İdarəsi Fələstinin Qəzza bölgəsində baş verən hadisələri müzakirə edəcək.

Simsar.az xəbər verir ki, QMİ sədrinin iştirakı ilə keçiriləcək toplantı Təzəpir məscidində baş tutacaq.

Din xadimlərinin iştirakı ilə baş tutacaq toplantıda İsrailin Fələstinə hücumlarını, günahsız insanların, uşaqların qətlə yetirilməsini pisləyən bəyanatın verilməsi də gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!