24 İyul, 2014
Qənirə Paşayeva ön cəbhədə görüş keçirdi - FOTOLAR

“Xocalı  Soyqırımını Tanıtma” ictimai birliyinin təşəbbüsü və təşkilatçılığı, Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi və 6 Qeyri-Hökumət təşkilatı fəallarının, Tekfe n İnşaatın Azərbaycan Təmsilcisi  Turgay Çabalar və DHA-nın Azərbaycan təmsilçisi Ali  Kanın iştirakı  ilə  ön cəbhə rayonlarımızdan olan əsgər və zabitlərlə görüş və böyük tədbir keçirilib, bayram tədbiri təşkil olunub.  Millət vəkili Qənirə Paşayeva çıxış edərək bu cür tədbirlərin əhəmiyyətini qeyd edib və torpaqlarımızın işğaldan azad olunacağı günün  uzaq olmadığını vurğulayıb:“Arzu edirəm ki, gələn bu cür tədbirlərimizi Ali Baş Komandanın rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”. Tekfen  İnşaatın Azərbaycan Təmsilcisi Turgay Çabalar və DHA-nın Azərbaycan təmsilçisi Ali Kan da əsgər və hərbiçilərimizi təbrik ediblər. Tekfen  İnşaatın Azərbaycan Təmsilcisi Turgay Çabalar Qazaxda da ön cəbhədə hərbi hissədə tədbirdə iştirak etdiyini vurğulayaraq  hərbi hissələrdə keçirilən bu tədbirlərdə iştirak etməkdən qürur duyduğunu və bu tədbirlərin önəmli olduğunu qeyd edib. Azərbaycan və Türkiyənin bir millət iki dövlət olduğunu, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında, Azərbaycanın isə hər zaman Türkiyənin yanında olduğunu deyən Turqay Cağlayan  bu cür tədbirlərin işğaldan azad ediləcək Azərbaycan torpaqlarında, Qarabağda keçirilməsinin ən böyük arzularından olduğunu deyib. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri  Şamil Sabiroğlu  gənclər arasında vətənpərvərlik ruhunun daha da yüksəlməsinin önəmindən danışıb. Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov, “Gəncliyə Yardım Fondu” nun vitse-prezidenti, Salman Əliyev Ali Baş Komandanın əmrilə döyüş başlanacağı təqdirdə, silaha sarılmağa hazır olduqlarını bəyan edib. “Şəhid Ailələrinə Sosial Dəstək”ictimai birliyinin sədri Almaz Zeynalova, ön cəbhədə vəzifə borclarını ləyaqətlə yerinə yetirən ərənlərimizlə qürur duyduğunu deyib. Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov ordu həyatının ona çox yaxın olduğunu qeyd edib. O, əsgərləri, komandirlərin tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirməyə çağırıb. “Sağlam İnkişaf və Maarifləndirmə” ictimai birliyin sədri Anar Xəlilov, Xocalı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Xəlil Vəliyev, “Qafqaz” Universitetinin Mətbuat və İnformasiya şöbəsinin müdiri Ceyhun Vəliyev, tanınmış şair Vaqif Nəcəfzadə, şairə Dilbər Sultan, Zeynəb Şahidqızı, Elşən Sabiroğlu, Elməddin Nicat,aşıq Elbrus, Hacı Ədalət Məhərrəmovun oğlu,Bakı məktəblisi Fred Asif döyüşçüləri salamlayıb. Maraqlı şeir nümunələri ilə tədbir iştirakçıları qarşısında çıxış ediblər. Sonra hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə qonaqlar adından Fəxri Fərmanlar və  hədiyyələr təqdim edilib və əsgər və hərbiçilərlə maraqlı söhbətlər edilib. Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-i Tekfen  İnşaatın Azərbaycan Təmsilcisi Turgay Çabalar adından xidmətdə fərqlənən zabirlərə xüsusi mükafatlar təqdim olunub. Hərbi hissənin rəhbərliyi və millət vəkili Qənirə Paşayeva  qeyri-hökumət təşkilatları rəhbərlərinə, Tekfen  İnşaatın Azərbaycan Təmsilcisi Turgay Çabalar DHA-nın Azərbaycan təmsilçisi  Ali Kana Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə ediblər və bildiriblər ki, “bu ən qiymətli hədiyyədir və biz inanırıq ki, siz hər zaman özünüzü Azərbaycan ordusunun könüllü bir əsgəri kimi hiss edəcəksiniz.” Onlar Azərbaycan əsgərinin formasını geyinərək “bu həyatımızda aldığımız ən gözəl hədiyyələrin önündə gəlir və hər zaman Azərbaycanımizin ordusunun yanındayıq, onun bir əsgəriyik və bu hədiyyədən, bu formanı geyməkdən böyük şərəf və qürur duyuruq” deyərək hər biri əsgər salamı veriblər və gələn tədbirləri birlikdə işğaldan azad edəcəyimiz torpaqlarımızda keçirək deyə arzularını da dilə gətiriblər. Daha sonar əsgər və hərbçilər üçün konsert proqramı verilib. Konsert proqramından sonra  qonaqlar əsgər və hərbiçilərlə birgə yemək yeyiblər və onlarla söhbət ediblər.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!