24 İyul, 2014
İraqa kürd lider rəhbərlik edəcək

İraqda keçirilən prezident seçkiləri nəticəsində Fuad Məhsum qələbə qazanıb. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, İraq Kürd Bölgəsindəki siyasi partiyaların ortaq namizədi, siyasi büro üzvü olan yeni prezidentin 76 yaşı var. O Cəlal Talabaninin uşaqlıq dostu olub. Bu baxımdan onun Talabaninin maraqlarına uyğun davranacağı gözlənilir.

Eyni zamanda İraq Kommunist Partiyasının üzvü olan Məhsum Molla Mustafa Bərzaninin 1964-cü ildə qurduğu Kürdüstan Demokratik Partiyasının üzvü olub. Körfəz müharibəsinin ardınca, 1992-ci ildə Kürd Muxtar Vilayətinin qurulması ilə kabinetin ilk rəhbəri seçilib.

İraqın ABŞ tərəfindən işğalından sonra ölkənin ilk kostitusiyasının yaradılmasına çalışıb. 2004-cü ildə Parlament sədri və bir müddət millət vəkili olan Məhsum evlidir, 5 qızı var.

Ülviyyə Cövdətqızı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!