24 İyul, 2014
Vüqar Həşimovun xatirə turnirinə start verildi

Bu gün görkəmli şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan 12 yaşadək uşaqlar arasında beynəlxalq turnirə start verilib. Simsar.az xəbər verir ki, iyulun 24-də Vüqarın 28 yaşı tamam olur. Beynəlxalq turnirdə Rusiya, Fransa, Gürcüstan, Türkiyə, İran və digər olkədən iştirakçılar var.

Qeyd edək ki, 100-dən çox yeniyetmənin iştirak etdiyi Vüqar Həşimov Memorialı 9 turdan ibarət olacaq. Qaliblər Batumidə keçiriləcək 12 yaşadək şahmatçıların şəxsi Avropa çempionatında iştirak etmək imkanı qazanacaq. Qalib şahmatçı eyni zamanda Vüqar Həşimov Kubokuna sahib çıxacaq. Gümüş medalçı isə Baku Open turnirinə dəvət alacaq. Bürünc mükafatçı Naxçıvan Opendə iştirak edəcək.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!