24 İyul, 2014
AzərTacda yenilik: -mışdıra əlvida - FOTO

Azərbaycan Dövlət Teleqraf Agentliyi illərdir istifadə etdiyi xəbər qaydalarını dəyişib.

Simsar.az-ın məlumatına görə, xəbərlərindəki cümlələrin, fellərin mürəkkibliyi ilə seçilən AzərTac (AzerTag) sadələşmiş variantda fəaliyyət göstərməyə başlayıb. Belə ki, sözlərin sonuna əlavə edilən “mış4”, “mışdır4” şəkilçilərini artıq “ıb4” sonluqları əvəz edəcək.

Bu yenilik istinad zamanı mətbuat işçilərindən əlavə vaxt alaraq redaktə etməyin qarşısını alacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!