30 Mart, 2011
İçərişəhərdə oğurluq edən qadın tutulub

Martın 27-də İçərişəhər 2-ci Kiçik Qala küçəsində Bakı şəhər sakini Zaur Hüseynova məxsus əntiq əşyalar mağazasından oğurluq edilib 

Simsar.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin mağazadan 2 ədəd samovar və 1 ədəd su səhəngi oğurlanıb. DİN Baş Mühafizə İdarəsi və Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Leyla Bəkirova tutulub.

Araşdırmalar davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!