24 İyul, 2014
“Qarabağ” məşqlərə başladı

UEFA Çempionlar Liqasındakı çıxışını davam etdirən Ağdam təmsilçisi növbəti oyunun hazırlıqlarına başlayıb

Simsar.az xəbər verir ki, 3-cü təsnifat mərhələsində “Zalsburq”la qarşılaşacaq Qurban Qurbanovun yetirmələri bir günlük istirahətdən sonra bir yerə toplanıblar.

Xatırladaq ki, “Qarabağ” Avstriya klubu ilə ilk oyununu doğma meydanda keçirəcək. Matç 30 iyul, saat 20:30-da start götürəcək.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!