24 İyul, 2014
“Yeddi Gözəl” Kaliforniyada -PREMYERA

Kaliforniyada görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletinin premyerası olacaq.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan Simsar.az-a bildirilib ki, bu il oktyabrın 11-də təqdim olunacaq balet San-Diyeqo Teatrının ansamblı tərəfindən ifa ediləcək.

Grossmont simfonik orkestri tərəfindən müşayiət olunacaq baletin premyerası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə təşkil olunur.

Balet ilk dəfə 1952-ci ildə Qara Qarayev tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı əsəri əsasında səhnələşdirilib.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!