24 İyul, 2014
“Qeydiyyatdan keçməyən abituriyentlər...”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasında (9 illik) kolleclərə qəbul olan abituriyentlərə müraciət edib.

Ümumi orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlərin qəbul olduqları kolleclərdə qeydiyyatı bu gün saat 17-də başa çatır.

Qeyd edək ki, göstərilən müddətdə abituriyentin qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul olanlar siyahısından xaric ediləcək.

 

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!