24 İyul, 2014
“Favorit yenə də “Neftçi”dir”

“Hesabda üstün olsaq da, bizi çətin oyun gözləyir”

Simsar.az xəbər verir ki, bu sözləri “Koper” klubunun yarımmüdafiəçisi Domen Çrniqoy deyib. UEFA-nın rəsmi saytına oyun haqda fikirlərini bildirən futbolçu hələ heç nəyin həll edilmədiyini bildirib: “Azərbaycan həm uzaqdır, həm də çox isti. Sevinirəm ki, yorucu səfərdən sərfəli nəticə ilə döndük. Cavab matçına üstün çıxacağıq. Lakin hesabdakı üstünlük indiki halda bizi qalib etmir. Favorit yenə “Neftçi”dir. İlk oyunda biz onlara imkan vermədik. İndi də diqqətli olmalıyıq. Mövqelərdə hər hansı səhvlər rəqibin fərlqlənməsi ilə nəticələnə bilər”.

Xatırladaq ki, “Koper” – “Neftçi” matçı bu gün Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

 

Vüsal Məmmədzadə

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!