24 İyul, 2014
Sərdar Ortaç azərbaycanlı müğənni ilə eyni səhnədə - FOTO

Tanınmış müğənni Zarina Məmmədova türkiyəli ulduz Sərdar Ortaçla bir səhnəni bölüşəcək. Simsar.az-ın məlumatına görə, Nahid Emiloğlunun təşkilatçılığı ilə 27 sentyabr tarixində Yaşıl Teatrda baş tutacaq konsertdə ön səhnə Zarina Məmmədovaya məxsusdur. Konsertin aparıcısı Zaur Nəbioğlu olacaq.

Ancaq ifaçının yenilikləri tək hazırlaşdığı konsertlə bitmir. Hazırda radio dalğalarında Zarinanın ifasında illər öncə dinlədiyimiz “Dəlilik” mahnısının remix variantı və “Her ortamda” adlı türk mahnısı səslənir. Zarina həmçinin yeni mahnı üzərində çalışır. O, musiqisi Elçin Cəfərova, sözləri Azər Şirinə məxsus “Niyəsi yoxdur” adlı mahnı hazırlayır: “Yeni ifam fərqli olacaq. Elçinlə Azər birgə mükəmməl bir mahnı ərsəyə gətirib. Çox inanınam ki, bu mahnı sözün əsl mənasında hitə çevriləcək. Dinləyicilər bu ifamı sentyabrın 27-də Yaşıl Teatrda dinləyəcəklər”.

Onu da qeyd edək ki, Zarina hazırda İstanbulda istirahət edir. İfaçı yaxın zamanda vətənə dönüb işlərinə davam edəcək.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!