24 İyul, 2014
İraq kürdləri gücləndi

İraq Regional Kürd Rəhbərliyi məclisi, Kürdlərin öz talelərini təyin etməklə bağlı referendum və seçim komissiyası qurulmasına dair qanunu qəbul edib. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, komissiya Məsud Barzaninin təsdiqindən sonra, 90 gün içərisində qurulacaq.

Qanunun qəbulu hələ, referendemun keçriləcəyi demək deyil. Bunu üçün məclisin referendumun keçriləcəyi yönündə bir qərar verməsi lazımdır. Qəbul edilən qanun isə, sadəcə Kürd bölgəsində deyil, Kürd İdarəsi xaricində, Kürdlərin yaşadığı bütün bölgədə işləyəcək.

İplər qopur

İŞİD-in İraqda irəliləməsinin ardından, qarşılıqlı açıqlamalarla gərginləşən Ərbil-Bağdad münasibətləri qırılma nöqtəsinə gəlib. İraq Regional Kürd Rəhbərliyi, Bağdad hökumətindəki nazirlərinə, hökumətin tədbirlərinə qatılmama barədə təlimat verib.

Kürdlər gücləndi

Məlumat üçün bildirək ki, peşmərgə (kürdlərdən ibarət könüllülər) İraq ordusunun İŞİD qarşısında asanlıqla geri çəkilməsindən sonra Kərkükdə nəzarəti ələ keçirmişdi. Bərzani isə, 140-cı madə həyata keçirildi, bunu müzakirə belə edə bilmərik, demişdi. Onun sözlərinə görə, İraq federal hökumətinin bu problemi həll etməsi üçün, 10 il gözləmək lazım olub. “İraq ordusu bu bölgələrdən çəkildi. Buna görə də, peşmərgə qüvvələrinin o bölgələrdə nəzarəti ələ keçirməsi lazım idi. Biz 140-cı maddəni həyata keçirdik. Bu məsələ müzakirə edilə bilməz”.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!