24 İyul, 2014
Yəhudi haham: “Bütün fələstinlilər öldürülsün” – UTANC

İsrailin Qəzza qətliamı davam edərkən, İsrailli haham qan donduran açıqlama verib. Haham Dov Livor, bütün fələstinlilərin öldürülməsini istəyib.

İsrailin Qəzzaya hücumları nəticəsində 650-dən çox insan ölərkən, hahamın bu açıqlaması bütün dünyanın qanını dondurub. Dov Livor, İsrail ordusundan fələstinlilərin hamısını öldürərək, Qəzzanı yer üzündən silinməsini istəyib.

Tövrat bizə bunu əmr edir

Dov Livor insanlığa sığmayan açıqlamasında Tövratı nümunə göstərib: “Kaş ki bütün fələstinliləri öldürsələr. Tövrat bizə müharibələrdə necə davranacağımızı öyrədib”.

Hər qəzzalı düşmənimizdir

Lior reportajında, Qəssam Briqadasının xalq içindən çıxdığını xatırladıb: “Bu əsgərlər xalq içindən çıxıbsa, bütün Qəzza xalqı bizim düşmənimizdir. Hər birini öldürməliyik. Qəzza xalqının işığını kəsmək, onlara hər cür işgəncə vermək savabdır, onlar buna layiqdirlər”.

Qəssam bizə zülm edəcək

Lior açıqlamasında İsrail Müdafiə nazirinə səslənib: “İsrail müdafiə naziri orduya əmr etməlidir. Qəzzanın yerlə bir edilməsi şərtdir, çünki bu xalq yox edilməzsə, ordumuzun Qəssamla bağlı şikayətləri bitməyəcək”.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!