24 İyul, 2014
Yeni dərin dəniz özülü tamamlanır

“Günəşli” yatağında hasilatın artırılması məqsədilə 12 istismar quyusunun qazılması üçün nəzərdə tutulan 7 nömrəli dərin dəniz özülünün tikintisi uğurla davam etdirilir.

Simsar.az xəbər verir ki, hazırda özülün inşa olunmuş hissələrində korroziyadan mühafizə tədbirləri görülür. Zığ istehsalat sahəsində hazırlanmış iki ədəd M4Q və M5Q modullarında korroziyadan mühafizə işləri tamamlanmaq üzrədir. Bundan başqa, 17460 kvadratmetrlik metal-konstruksiyanın səthi pas hissəciklərdən təmizlənərək ikikomponentli, epoksid boyalarla aşınmadan mühafizə olunub.

Qeyd edək ki, 7 nömrəli özülün tikintisinin cari ilin oktyabr ayında başa çatdırılması nəzərdə tutulur.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!