23 İyul, 2014
"Qəbələ" - "Konyaspor" oyununda dava düşüb

Yeni mövsümə Hollandiyada hazırlaşan Qəbələnin "Qəbələ" futbol klubunun bugün keçirdiyi növbəti yoxlama oyununda "Konyaspor"la matçda dava düşüb.

Simsar.az-ın məlumatına görə, təmsilçimizin baş məşqçisi Dornel Muntanyu ilə oyunun hakimi arasında gərginlik yaranıb.

Muntanyu hakimin üzərinə hücum çəkərək etiraz edib. Rumın çalışdırıcı rəqibin baş məşqçisinə də etiraz edib.

Hakimin idarəçiliyi "Konyaspor"un oyunçularını da narazı salıb. Hasan Kabze də hakimin üstünə yeriyərək düzgün idarəçilik etməyi tələb edib.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəl "Arnem"i darmadağın (4:0) edib, "AZ Alkmaar"a isə uduzub - 0:2.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!