23 İyul, 2014
10 yaşlı şahmatçımız Gürcüstanda ikinci oldu

Gürcüstanın Poti şəhərində beynəlxalq qrossmeyster Nana Aleksandriyanın xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatıb.Beynəlxalq turnirdə Azərbaycanın idman şərəfini müxtəlif yaş qrupları üzrə 37 şahmatçı təmsil edib.

Turnir “A” (əmsalı 2001-dən yuxarı olanlar), “B” (əmsalı 2000-dən az olanlar) qrupları və 12 yaşadək uşaqlar arasında keçirilib.

“A” qrupunda mübarizə aparan təmsilçilərimizdən Ülvi Bacarani 6,5 xalla 3-5-ci yerləri bölüşdürsə də əlavə göstəricilərə görə beşinci pillədə qərarlaşıb. Vüqar Rəsulov isə 5,5 xalla onuncu yeri tutub.

“B” qrupunda Elnur Mehtiyev, Vüqar Manafov və Mustafa Məmmədov 5,5 xal toplayaraq 17-19-cü yerləri bölüşdürüblər.

On yaşlı oğlanlar arasında Aydın Süleymanlı 6 xalla beşinci pillənin sahibi olub. Mehin Taba-Tabei 7,5 xalla eyni yaşlı qızlar arasında ikinci yeri tutub.

 

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!