23 İyul, 2014
Xoşbəxtlik genetik amildir

Sən demə danimarkalılara yaxın olan insanlar daha xoşbəxt olurlar. Çünki Danimarkada dünyanın ən xoşbəxt insanları yaşayır. Aparılmış yeni tədqiqatdan məlum olub ki, ölkə sakinlərinin xoşbəxtliyinin sirri onların DNK-sındadır.

Belə ki, Böyük Britaniyanın Uorik Universitetinin Qlobal Tədqiqatlar Mərkəzinin (University of Warwick’s Centre for Competitive Advantage in the Global Economy) alimləri Danimarka və Niderland kimi ölkələrin mütəmadi olaraq beynəlxalq xoşbəxtlik indeksi üzrə ÜDM-nin yüksək olduğu digər Avropa ölkələrini geridə qoymasını aydınlaşdırmaq qərarına gəliblər. Və bunun genetik amillərdən asılı olmasını sübut olunub.

Tədqiqatın birinci hissəsində alimlər müxtəlif ölkələrin sakinləri arasında “genetik məsafə”ni ölçüblər. Dövlətlərin sosial-iqtisadi inkişaf və mədəniyyət səviyyəsi, eləcə də ərazilərində yaşayan xalqların dini nəzərə alınmaqla 131 ölkənin tədqiqat məlumatının təhlili aparılıb.

İqtisadçı, tədqiqat müəlliflərindən biri, Euhenio Protonun sözlərinə görə, nəticələr gözlənilməz olub. Biz müəyyən etdik ki, digər xalqların “genetik məsafə”si Danimarka sakinlərindən nə qədər uzaqlaşırsa, bir o qədər onların həyatdan razılıq səviyyəsi aşağı düşür.

Başqa sözlə, xalqlar genlərin strukturuna görə danimarkalılara nə qədər yaxın olsa, bir o qədər xoşbəxt olarlar.

Tədqiqatın ikinci hissəsində beyində serotoninin kimyəvi maddə səviyyəsinə təsir göstərən və yaxşı əhval-ruhiyyəyə səbəb olan xoşbəxtlik və gen arasındakı əlaqə müəyyənləşdirilib. Məlum olub ki, daha az xoşbəxt olan insanlar bu genin qısa variantına malikdir.

 

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!