23 İyul, 2014
Prokuror cəza tələb edir

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Vəliyev Hafiz Ramiz oğlu və Ağamirov Ağamir Novruz oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, hər iki şəxsə ömürlük cəza istəyib.

Qeyd edək ki, hər iki şəxs İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.

Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!