23 İyul, 2014
“Elfsborq” baş məşqçisiz qaldı

UEFA Avropa Liqasında “İnter”in qonağı olacaq İsveç təmsilçisinin çalışdırıcısı komandasının yanında ola bilməyəcək

Simsar.az xəbər verir ki, Klas İnqesson səhhətində yaranan problem səbəbi ilə Bakıya gələ bilməyib. Keçən oyunda da komandasının yanında olmayan çalışdırıcını sabah baş tutacaq görüşdə köməkçisi Yan Miyan əvəzləyəcək.

Xatırladaq ki, “İnter” – “Elfsborq” oyunu saat 21:00-da başlayacaq.

 

Vüsal Məmmədzadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!