23 İyul, 2014
ŞOK! Ağzından 232 diş çıxarıldı

Simsar.az xəbər verir ki, Hindistanda dünya stamatalogiya tarixinə keçəcək hadisə baş verib. Maharaştrayan əyalətinin Buldhana bölgəsində yaşayan 17 yaşlı Aşik Cavaninin sağ alt çənəsindəki kəskin ağrılar baş qaldırıb. Ailəsi tərəfindən diş həkiminə gətirilən gəncin ağzından 6 saat davam edən əməliyyat nəticəsində nə az, nə çox düz 232 diş kiçik diş çıxarılıb. Sir Camestjee Jeejebhoy Xəstəxanasının stamatoloqlarından olan Suanda Dhivare gncin sağ alt çənəsində gördükləri böyük şişə görə bəzi testlər ediblər. Gəncin sağ alt çənə bölməsində anormal bir böyümə gördüklərini bildirib. Dhivare və əməliyyata qatılan həkimlər  stamatologiya tarixi baxımından əhəmiyyətli hesab etdikləri bu əməliyyat üçün Ginnesin Rekordlar Kitabına müraciət etməyi düşündüklərini bildirilib.

 

Günel

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!