23 İyul, 2014
ABŞ agenti: “İŞİD İsraili qoruyur”

"İŞİD" qruplaşması ABŞ, İngiltərə və İsrail kəşfiyyat xidmətlərinin məhsuludur”

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) sabiq əməkdaşı Edvard Snouden "İraq Şam İslam Dövləti" (İŞİD) adlı terror qruplaşması ilə bağlı maraqlı məlumatlar açıqlayıb.

Simsar.az izvesta inosmi.ru-ya istinadla xəbər verir ki, Snouden İraq və Suriyada müxtəlif cinayətlər törədən "İŞİD" qruplaşmasının ABŞ, İngiltərə və İsrail kəşfiyyat xidmətlərinin məhsulu olduğunu bildirib.

Amerikalı kəşfiyyatçı əlavə edib ki, "İŞİD"çilərin əsas məqsədi İsrail rejiminin təhlükəsizliyini təmin etməkdir: "İsraili qorumaq üçün yeganə üsul Orta Şərqdəki silahlı qruplaşmaları nəzarətdə saxlamaqdır. Bundan əlavə İslama qarşı yeni düşmənlər yaratmaq da planın tərkib hissəsinə daxildir. MOSSAD "İŞİD" lideri Əbu Bəkr Əl-Bağdadiyə bir il ərzində hərbi, din və dil kursları keçib".

Qeyd edək ki, Snouden ABŞ xüsusi xidmət orqanlarının məxfi proqramlarından geniş miqyasda informasiyalar sızdırıb. Bundan başqa o, PRİSM Milli Təhlükəsizlik Agentliyinin mühüm saytlarının elektron əlaqələrini izləməyə imkan verən məxfi proqramı haqda informasiyanı ortaya çıxarıb. Həmin açıqlamalardan sonra Snouden ABŞ dövlətinin təqibinə məruz qalıb.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!