23 İyul, 2014
“İnter” Bolqarıstan klubuna qarşı

“İnter”in ikinci komandasının Bolqarıstan toplanışı davam edir

Simsar.az xəbər verir ki, Varna şəhərinin Qızılqum kurort zonasındakı “Sport Palace” otelində məşkunlaşan komanda bu gün növbəti yoxlama matçına çıxacaq.

Rüstəm Əliyevin yetirmələri yerli “Suvorovo” ilə qarşılaşacaqlar.

Bu komanda Bolqarıstanın şimal-şəqr zonasında çıxış edir.

Qeyd edək ki, Bolqarıstanda keçirdiyi ilk yoxlama matçında “İnter” “Spartak” (Varna) komandasının əvəzedici heyətini 5:0 hesabıyla məğlub etmişdi.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!