23 İyul, 2014
“Araz Naxçıvan” “Samsunspor”la qarşılaşacaq

Premyer Liqada debüt edəcək Naxçıvan klubu təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanıb

Simsar.az xəbər verir ki, toplanış çərçivəsində klub bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Artıq rəqiblərdən ikisinin adı bəllidir. Belə ki, Əsgər Abdullayevin yetirmələri “Samsunspor” klubu və Türkiyənin 20 yaşlılardan ibarət milli komandası ilə qarşılaşacaq.

Oyunların keçirilmə vaxtı hələ məlum deyil.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!