23 İyul, 2014
Xocəsəndə vurulan piyada öldü

İyulun 22-də saat 22 radələrində Binəqədi rayonu Xocəsən qəsəbəsinin ərazisində Bakı şəhər sakini Elnur Mirzəyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən qəsəbə sakini Sabir Şirinovu vurub.

Simsar.azın məlumatına görə, xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

BDYPİ tərəfindən araşdırma aparılır.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!