23 İyul, 2014
Conatan Soriano: “Biz “Qarabağ”la oyunda favorit deyilik”

“Heç kim bizi favorit saymasın. “Qarabağ”la oyunda şanslar bərabərdir”

Simsar.az xəbər verir ki, bu sözləri yerli mətbuata açıqlamasında “Zalzburq” klubunun hücumçusu Conatan Soriano deyib. Ağdam təmsilçisinin “Valetta” önündə sərgilədiyi oyundan ağız dolusu danışan futbolçu pley-off mərhələsinə yüksəlmək üçün rəqibi ciddi qəbul etməyin vacib olduğunu qeyd edib: “Azərbaycan klubunun yaxşı legionerləri var. Özünəməxsus oyun stilinə sahibdirlər. Baş məşqçimiz rəqibin oyununu analiz edib bizə tapşırıqlar verəcək. Bütün futbolçular məsuliyyəti dərk edir. Rəqibi ciddi qəbul etmək lazımdır. Onlar “Valetta”ya 4 top vura bilirsə, bizim də qapımıza yol tapmağa çalışacaqlar. Bizi çətin oyun gözləyir”.

Xatırladaq ki, “Qarabağ”la “Zalzburq” arasında ilk oyun iyulun 30-u keçiriləcək. Tərəflər 1 həftə sonra Avstriyada üz-üzə gələcəklər.

Vüsal Məmmədzadə

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!