23 İyul, 2014
“Qəbələ” “Konyaspor”a qarşı

“Qırmızı-qaralar”ın Hollandiya toplanışı davam edir

Simsar.az xəbər verir ki, Dorinel Muntyanunun yetirmələri bu gün növbəti yoldaşlıq görüşündə qüvvələrini sınayacaqlar. Rəqib isə Türkiyənin “Konyaspor” klubu olacaq.

“Papendal Sport Hotel”in meydançasında keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə 17:00-da səslənəcək.

Qeyd edək ki, “Qəbələ” Hollandiya toplanışı çərçivəsində indiyədək iki oyun keçirib. “Arnem” üzərində qələbə qazanan (4:0) Azərbaycan təmsilçisi “AZ Alkmaar”a uduzub (0:2).

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!