23 İyul, 2014
Şərqli nazirlər Bakıda toplaşacaq

Azərbaycan bu ilin 8-9 sentyabr tarixlərində Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər və enerji nazirlərinin növbəti görüşünə ev sahibliyi edəcək.

Simsar.az xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O, Avropa İttfaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin görüşündə bildirib ki, Şərq tərəfdaşları Avropa İttifaqı ilə əməkdaşlıq səviyyələrini müəyyən edərkən heç bir təzyiq hiss etməməlidir. Əksinə, özünü fərqləndirmədə stimul və əsaslı yanaşma tətbiq olunmalıdır. Qarşılıqlı məsuliyyət fərdi tərəfdaşların ehtiyacları, istəkləri və imkanları arasında daha yaxşı əlaqənin təmin edilməsi üçün hər iki tərəfə imkan verəcək.

E.Məmmədyarov Avropa İttifaqı -Azərbaycan əlaqələrinin gələcək perspektivlərinə toxunub, qarşılıqlı maraqlara və ortaq prioritetlər əsasında hüquqi öhdəlik doğuran strateji xarakterli sənəd üzərində çalışmağa hazır olduğunu diqqətə çatdırıb: "Avropa İttifaqı (Aİ) ilə dialoqda ikitərəfli çərçivə prioritet olaraq qalmalıdır".

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!