30 Mart, 2011
Nazir müavini İslam Partiyasını saxta qurum adlandırdı

 “Bu partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib”

“İslam Partiyası saxta bir qurumdur”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib.

Onun sözlərinə görə, bu partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib: “Möhsün Səmədov və əmisi oğlu Dəyanət Səmədov isə Quba rayonunda saxlanılıb. Prokurorluğun sanksiyası ilə həmin şəxslərin qaldığı evdə axtarış aparılıb və xeyli miqdarda silah-sursat aşkarlanıb. Hazırda bu iş üzrə araşdırmalar davam etdirilir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!