23 İyul, 2014
Uorlik: "ATƏT bəyanat yayacaq"

ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki yeni zorakılıq faktlarından narahat olduqları üçün bəyanat yayacaqlar. Simsar.az-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter səhifəsində yazıb.

Ceyms Uorlik Minsk qrupunun nümayəndələrini və ATƏT-in baş katibini Dağlıq Qarabağ münaqişəsinə dair son müzakirələr barədə məlumatlandırmaq üçün Vyanaya yollandığını yazıb.

Xatırladaq ki, ötən gün ATƏT-in Minsk qrupunun həmsədrləri Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşılığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!