23 İyul, 2014
İsrailin döyüş təyyarəsi vuruldu

Qəzzanın mərkəzindəki Deyr əl-Belah bölgəsinin səmalarında İsrailə məxsus F16 döyüş təyyarəsi, bir hədəfə hücum cəhdi zamanı vuruldu.

Simsar.az “YeniŞafak” qəzetinə istinadla xəbər verir ki, Qəzzaya hücuma başlatdığı 7 iyuldan bu günə kimi İsrailin 3 pilotsuz raketinin vurulduğu iddia edilir.

Digər tərəfdən, İzzəddin əl-Qəssam Briqadaları tərəfindən vurulduğu irəli sürülən təyyarə ilə əlaqədar İsrail tərəfindən hələ bir şərh verilməyib.

İsrail, Qəzzaya 7 iyulda "Qoruyucu Hat" adı altında havadan, 17 iyul, cümə axşamı axşam vaxtı da qurudan hücuma keçmişdi.

Hücumlar zamanı 635 fələstinli həyatını itirib, 4 min adam yaralanıb.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!